Yuxarı
    Bağlamaq

    ​Liviya sahillərində 41 miqrantın meyiti aşkarlanıb

    Onlar Avropaya dəniz yolu ilə getmək istəyərkən dənizdə batıblar

    Bakı. 24 iyul. REPORT.AZ/ Könüllülər dəstəsi Liviya sahillərində, Sabrat şəhəri yaxınlığında 41 miqrantın meyitini aşkarlayıb. "Report"un məlumatına görə, bu barədə "France-Presse" agentliyi məlumat yayıb.

    Agentliyin məlumatına görə, onlar Avropaya dəniz yolu ilə getmək istəyiblər. Sabrat şəhər şurasının mətbuat katibi bildirib ki, miqrantlar 5-6 gün bundan əvvəl dənizdə boğulublar.

    "Həmin şəxslərin meyitləri nümumələr götürülməsi üçün məhkəmə-tibb ekspertizasına verilib. Biz hesab edirik ki, onlar dənizdə batıblar" – deyə mətbuat katibi bildirib.

    Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, yanvarın 1-dən iyulun 6-dək Avropaya dəniz yolu ilə 230885 nəfər gəlib. O cümlədən Yunanıstana 158527 nəfər miqrant və qaçqın, İtaliyaya isə 70978 nəfər üz tutub. 

    2920 miqrant, açqın ölüb və ya itkin düşüb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi