Yuxarı
    Bağlamaq

    Liviya sahillərində 1000-dən çox miqrant xilas edilib

    Altı saatlıq əməliyyat ərzində yüzlərlə miqrant xilas edilib© Courtesy İmage

    Bakı. 27 mart. REPORT.AZ/ Şənbə günü gecəsindən bazar gününə keçən gecə Liviya sahillərində 1000-dən çox miqrant xilas edilib.

    "Report"un məlumatına görə, bu barədə "Agency France Presse" "Sərhədsiz Həkimlər" və "SOS Aralıq dənizi" qeyri-hökumət təşkilatlarının nümayəndələrinə istinadən xəbər verib.

    Agentliyin məlumatında qeyd olunur ki, 6 saatlıq əməliyyat ərzində qəzaya uğramış taxta gəmi və hava ilə doldurulan qayıqdakı 645 miqrant xilas edilib. "Sərhədsiz Həkimlər" humanitar təşkilatının yaydığı məlumata görə, bir neçə gün əvvəl Maltadan çıxmış yeni "Ehtiyatlılıq" gəmisinin xilasedici əməliyyatı nəticəsində daha 412 insan xilas olunub.

    Agentlik martın 20-dən bu günə kimi Aralıq dənizində xilasedici gəmilərin ümumilikdə 6 mindən çox miqrantı xilas etdiyini bildirib. Beləliklə, məlum olub ki, 2017-ci ilin əvvəlindən 22 mindən çox insan Aralıq dənizi dəhlizi vasitəsilə İtaliyaya qeyri-qanuni yolla gəlməyə cəhd edib.


    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi