Yuxarı
    Bağlamaq

    Liviya ordusu Sirt şəhəri limanından İŞİD yaraqlılarını çıxarıb

    Limana hücumdan əvvəl havadan və dənizdən atəşə tutulub

    Bakı. 11 iyun. REPORT.AZ/ Liviya hökumət ordusu "İslam Dövləti" qruplaşmasının yaraqlıları tərəfindən zəbt olunan Sirt şəhəri limanının azad olunmasını elan edib. 

    "Report" BBC-yə istinadən xəbər verir ki, limana hücumdan əvvəl havadan və dənizdən atəşə tutulub.

    Liviya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general Məhəmməd Əl-Qusrinin sözlərinə görə, liman rayonunda məğlubiyyətdən sonra İŞİD komandirləri şəhərdən səhraya qaçıb, lakin Sirt şəhərinin mərkəzində hələ də orduya müqavimət göstərən onlarla yaraqlı qalıb. Müəmmər Qəddafi dövründə tikilən Uaquduqu qurultaylar sarayı hələ də onların nəzarətindədir. 

    Sirt - devrilən Liviya prezidenti Müəmmər Qəddafinin doğma şəhəridir. Bu şəhər İŞİD-in İraq və Suriyadan kənarda yerləşən ən mühüm məntəqəsi hesab olunur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi