Liviya ordusu daha bir şəhəri azad edib

Liviya ordusu daha bir şəhəri azad edib Liviyanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan Milli Barışıq Hökumətinə məxsus ordu Tarhune şəhərini tanınmayan feldmarşal Xəlifə Hafterin silahlılarından təmizləyib.
Digər ölkələr
5 İyun , 2020 13:43
Liviya ordusu daha bir şəhəri azad edib

Liviyanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan Milli Barışıq Hökumətinə məxsus ordu Tarhune şəhərini tanınmayan feldmarşal Xəlifə Hafterin silahlılarından təmizləyib.

“Report” TRT-yə istinadən xəbər verir ki, Liviya ordusu dörd istiqamətdən Hafter silahlılarına qarşı hücuma başlayıb.

Hafter silahlıları Tarhune şəhərindən Liviyanın paytaxtı Tripoliyə qarşı hücumun mərkəzi kimi istifadə edirdi.

Bildirilib ki, son üç gündə Tripoli Beynəlxalq Hava Limanı, Ayn Zara, Vadi er-Rebi kimi rayonlar silahlılardan azad edilərək Liviya hökumətinin nəzarətinə keçib.

Ordunun sözçüsü Məhəmməd Kanunu deyib ki, Tarhunedən sonra hədəfdə Sirte, Cufra və ölkənin cənubundakı neft sahələridir.

Son xəbərlər

Orphus sistemi