​Liviya neft tankerini bombalayıb

​Liviya neft tankerini bombalayıb Tankerin göyərtəsində 25 min ton neft olub
Digər ölkələr
25 May , 2015 01:17
​Liviya neft tankerini bombalayıb

Bakı. 25 may. REPORT.AZ/ Liviya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr müvafiq icazəsi olmadan ölkənin ərazi sularına daxil olan neft tankerinə havadan zərbələr endirib.

"Report" xəbər verir ki, bu barədə "Əl-Arabiyyə" telekanalı məlumat yayıb.

"Təyyarələrimiz Sirt şəhəri yaxınlığında naməlum gəmiyə xəbərdarlıq edib, lakin o buna məhəl qoymayıb", — deyə hakimiyyət rəsmisi Saqr əl-Ceruşi bildirib.

Tankerin göyərtəsində 25 min ton neft olub.

Son xəbərlər

Orphus sistemi