Livanın xarici işlər naziri istefa verib

Livanın xarici işlər naziri istefa verib Şarbel Vahbe istefa ərziəsini Prezident Mişel Auna təqdim edib
Digər ölkələr
115
19 May , 2021 12:13
Livanın xarici işlər naziri istefa verib
Şarbel Vahbe

Livanın xarici işlər naziri səlahiyyətlərini icra edən Şarbel Vahbe istefa verib.

“Report” “Mehr” agentliyinə istinadən bildirir ki, bu barədə ölkə prezidentinin mətbuat xidməti tvitter səhifəsində məlumat yayıb.

Ş.Vahbe istefa ərziəsini Prezident Mişel Auna təqdim edib.

Onun istefası “Al-Hurra” televiziyasının efirindəki çıxışı ilə əlaqələndirilir. Nazirin sözləri körfəzdəki bəzi dövlətlərin terrorçu İŞİD qruplaşmasını dəstəkləməsi kimi qəbul edilib.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Körfəzdəki Ərəb Dövlətləri Əməkdaşlıq Şurası mayın 18-də Ş.Vahbenin çıxışına rəsmi etiraz bildirmişdi.

Son xəbərlər

Orphus sistemi