Livanın yeni baş nazirinin adı açıqlanıb

Livanın yeni baş nazirinin adı açıqlanıb Livan Prezident Mişel Aun yeni hökuməti formalaşdırmağı Mustafa Ədibə həvalə edib.
Digər ölkələr
31 Avqust , 2020 15:22
Livanın yeni baş nazirinin adı açıqlanıb
0 : 00
0 : 00

Livan prezident Mişel Aun yeni hökuməti formalaşdırmağı Mustafa Ədibə həvalə edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu prezident dəftərxanasının başçısı Antuan Şukeyr jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Livan parlamentinin 128 deputatından 90-ı onun namizədliyini dəstəkləyib.

Qeyd edək ki, Mustafa Ədib bundan əvvəl Livanın Almaniyadakı səfiri işləyib.

Son xəbərlər

Orphus sistemi