Livan xüsusi xidmət orqanlarının əməkdaşları İŞİD-in tərkibinə daxil olan Suriya vətəndaşını ölkənin cənubunda yerləşən kilsələrdən birinə terror hücumu hazırlayan zaman yaxalayıblar.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Livan
"Saxlanılan şəxs öz həmfikirləri ilə birgə Şri-Lankadakı terror aktlarının ssenarisinə bənzər şəkildə maksimum çox sayda inanclı insanın qətlə yetirilməsi məqsədi ilə kilsələrdən birinə hücum da daxil olmaqla, İŞİD-in xeyrinə tədbirlər hazırlayıb", - deyə bəyanatda bildirilir.
Terrorçu öz silahdaşları ilə kilsəyə hücumla yanaşı, Livanın cənub yaşayış məntəqələri və kəndlərində şiə məzhəbli dini obyektlərə partlayıcı maddələrdən istifadə yolu ilə hücumlar planlaşdırıb.