Litvanın parlament partiyaları müdafiə sahəsində anlaşma memorandumu imzalayacaq

Litvanın parlament partiyaları müdafiə sahəsində anlaşma memorandumu imzalayacaq Litvanın parlament partiyaları müdafiə siyasəti sahəsində anlaşma memorandumunun yeni variantını iyun ortalarında imzalayacaqlar.
Digər ölkələr
7 İyul , 2022 06:33
Litvanın parlament partiyaları müdafiə sahəsində anlaşma memorandumu imzalayacaq

Litvanın parlament partiyaları müdafiə siyasəti sahəsində anlaşma memorandumunun yeni variantını iyun ortalarında imzalayacaqlar.

“Report” xəbər verir ki, bunu “LRT” radiosuna Seymin (Parlament - Red) Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri, sənədin hazırlanması üzrə işçi qrupuna rəhbərlik edən Laurinas Kasçyunas deyib.

“Biz onu iyulun ortalarında imzalamağı planlaşdırırıq. Parlamentdəki partiyaların liderlərinin mövqeləri əksər məqamlar üzrə razılaşdırılıb”-deyə, o bildirib.

Müdafiə siyasəti üzrə ilk anlaşma memorandumu 2018-ci ilin sentyabrında parlament partiyaları tərəfindən imzalanıb. Memorandumda 2030-cu ilə qədər hərbi xərclərin ÜDM-in 2,5%-i səviyyəsinə çatmaq üçün ardıcıl artımı nəzərdə tutulurdu. Lakin qarşıya qoyulan hədəfə bu il nail olunub.

Son xəbərlər

Orphus sistemi