Litvanın baş naziri prezident seçkilərində məğlubiyyətini etiraf edərək vəzifəsindən istefa verib

Litvanın baş naziri prezident seçkilərində məğlubiyyətini etiraf edərək vəzifəsindən istefa verib Litvada keçirilmiş prezident seçkilərində namizəd olmuş baş nazir Saulyus Skvernyalis məğlubiyyətini etiraf edərək hökumət başçısı vəzifəsindən istefası barədə planlarını təsdiqləyib.
Digər ölkələr
13 May , 2019 03:55
Litvanın baş naziri prezident seçkilərində məğlubiyyətini etiraf edərək vəzifəsindən istefa verib

Litvada keçirilmiş prezident seçkilərində namizəd olmuş baş nazir Saulyus Skvernyalis məğlubiyyətini etiraf edərək hökumət başçısı vəzifəsindən istefası barədə planlarını təsdiqləyib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə o, milli televiziyanın efirində bildirib.

"Səslərin hesablanması tendensiyası bizim məğlubiyyətimizdən bəhs edir. Bunu siyasətçi olaraq öz işimin qiymətləndirilməsi kimi qəbul edir, baş nazir vəzifəsindən istefa verirəm", - deyə o bildirib.

Ölkənin 1972 seçki dairəsindən 1586-nın bülletenlərinin hesablanmasından sonra Skvernyalis 22,24 faiz səslə əvvəl ikinci yeri tutmuş iqtisadçı Qitanas Nausedə (31,52% ) və keçmiş maliyyə naziri İnqride Şimoniteyə (26,76%) məğlub olub.

Statistikaya əsasən, seçkilərdə 9 namizəddən heç biri qələbə üçün lazım olan 50%-dən çox səs yığmağa müvəffəq olmayıb. Bu isə o deməkdir ki, iki həftə sonra seçkilərin ikinci turu keçiriləcək. İkinci tura dünənki seçkilərdə liderlik etmiş iki namizəd keçib.

Son xəbərlər

Orphus sistemi