Litvada prezident seçkilərində və referendumda seçicilərin 56,5 faizi iştirak edib

Litvada prezident seçkilərində və referendumda seçicilərin 56,5 faizi iştirak edib Litvada prezident seçkilərində səsvermə başa çatıb və təxminən iki min seçki məntəqəsi bağlanıb.
Digər ölkələr
13 May , 2019 00:43
Litvada prezident seçkilərində və referendumda seçicilərin 56,5 faizi iştirak edib

Litvada prezident seçkilərində səsvermə başa çatıb və təxminən iki min seçki məntəqəsi bağlanıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Səsvermə hüququna malik 2,472 seçici dövlət başçısı postuna doqquz namizədə səs veriblər. Yerli vaxtla saat 20:00-a olan məlumata görə, seçkilərdə və referendumda seçicilərin 56,5 faizi iştirak edib.

Baş Seçki Komissiyasının sədri Laura Matiyoşaytite bildirib ki, Vilnüs ərazisində seçicilərə bülletenlər çatmayıb.

Qeyd edilir ki, üç məntəqəyə əlavə bülletenlər gətirilib.

Mayın 12-də Litvada vətəndaşlar prezident seçkilərində, həmçinin referendumda səs veriblər. Referendumda iki məsələ - ikili vətəndaşlığın tətbiqi və deputat heyətinin 15 faizinin ixtisarı səsverməyə çıxarılıb.

Son xəbərlər

Orphus sistemi