Litvada parlament seçkilərinin ikinci turu keçirilir

Litvada parlament seçkilərinin ikinci turu keçirilir Səsvermələr 68 seçki dairəsində baş tutacaq
Digər ölkələr
23 Oktyabr , 2016 08:28
Litvada parlament seçkilərinin ikinci turu keçirilir

Bakı. 23 oktyabr. REPORT.AZ/ Bu gün Litvada parlament seçkilərinin ikinci turu keçiriləcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, səsvermələr 68 seçki dairəsində baş tutacaq. Dairələrdən 71 deputat birmandatlı, daha 70 nəfər isə çoxmandatlı sistem əsasında seçiləcək.

Parlament seçkilərinin birinci turu oktyabrın 9-da keçirilib və bir neçə birmandatlı dairədə deputatlar seçilib. Səsvermələrin ikinci turunda hər birmandatlı dairədə iki namizəd daha çox səs toplamaq uğrunda mübarizə aparacaq.

Seçki məntəqələri səhər saat 7-dən axşam saat 20-dək fəaliyyət göstərəcək. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkədə 2,5 milyondan çox seçici var. Ölkənin səsvermə hüququq olan daha 13 min vətəndaşı respublikanın sərhədlərindən kənardadır.

Son xəbərlər

Orphus sistemi