Litvada koronavirusa yoluxanların sayı artdı

Litvada koronavirusa yoluxanların sayı artdı Litvada qeydə alınan koronavirusa yoluxma hallarının sayı 1 070 nəfərə çatıb.
Digər ölkələr
14 Aprel , 2020 11:25
Litvada koronavirusa yoluxanların sayı artdı

Litvada qeydə alınan koronavirusa yoluxma hallarının sayı 1 070 nəfərə çatıb.

“Report” xəbər verir ki, bunu Litva hökuməti açıqlayıb.

Son sutkada 8 yoluxma faktı təsdiqlənib. Eyni dövr ərzində sağalan və ölənlərin sayı dəyişməyib: indiyədək 101 nəfər sağalıb, 24 nəfər ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 926 000-i ötüb. Bunların 452 603 nəfəri sağalıb, 119 732 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi