Litvada ikili vətəndaşlığın qanuniləşdirilməsi planlaşdırılır

Litvada ikili vətəndaşlığın qanuniləşdirilməsi planlaşdırılır Litva vətəndaşlığın sərt tənzimlənməsindən imtina edərək onu hazırda mümkün olmayan ikili və hətta çoxsaylı vətəndaşlıq formasında qanuniləşdirmək niyyətindədir.
Digər ölkələr
27 Mart , 2023 20:25
Litvada ikili vətəndaşlığın qanuniləşdirilməsi planlaşdırılır

Litva vətəndaşlığın sərt tənzimlənməsindən imtina edərək onu hazırda mümkün olmayan ikili və hətta çoxsaylı vətəndaşlıq formasında qanuniləşdirmək niyyətindədir.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Litva qanunvericilik assambleyasının katibliyinin bu gün açıqladığına görə, 141 deputatdan 60-ı ölkə parlamentinə bu məsələ ilə bağlı 2024-cü il mayın 12-də referendumun keçirilməsi təklifi ilə çıxış edib.

“Litva Respublikasının vətəndaşlığı anadangəlmə hüquqla, eləcə də qanunla müəyyən olunmuş digər əsaslarla əldə edilir”, - konstitusiyanın vətəndaşlıq haqqında müddəasının məhz bu formada olması, oradan ikili vətəndaşlığa qoyulan qadağanın silinməsi təklif edilir.

Xatırladaq ki, 2019-cu ildə prezident seçkiləri ilə yanaşı, vətəndaşlıq barədə referendum da keçirilmişdi. Lakin o zaman bu plan lazımi seçici dəstəyi qazana bilməmişdi. Referendumda fəallıq seçicilər siyahısının 50%-dən çox olmalıdır. İkili vətəndaşlıq üzrə referendumda isə fəallıq 48,04% təşkil etmişdi.

Son xəbərlər

Orphus sistemi