Litva parlamenti hökumət üzvlərinin xərcləri ilə bağlı qalmaqal fonunda hakim partiyanın növbədənkənar seçkilərin keçirilməsi təklifini rədd edib.
“Report” xəbər verir ki, bu barədə Litva KİV-ləri məlumat yayıb.
Seymin 66 deputatı növbədənkənar seçkilərin keçirilməsinin lehinə, 61 deputat əleyhinə səs verib, 8 deputat bitərəf qalıb.
Xatırladaq ki, Nazirlər Kabinetinin üç üzvü daxil olmaqla, bir çox siyasətçinin bələdiyyə müşaviri vəzifəsində çalışarkən maliyyə vəsaiti əldə etməsi barədə mətbuatda yayılan xəbərlərdən sonra hakim partiya – Litva Vətən İttifaqı-Xristian Demokratlar partiyası parlamentin buraxılmasını və siyasi sistemi “yenidən qurmaq” üçün növbədənkənar seçkilərin keçirilməsini təklif edib.