Litva Rusiya ilə sərhəddəki keçid məntəqəsini bağlamaqdan imtina edib

Litva Rusiya ilə sərhəddəki keçid məntəqəsini bağlamaqdan imtina edib Litva hazırda Rusiya Federasiyası ilə sərhəd keçidlərini bağlamaqda Finlandiyadan nümunə götürmək niyyətində deyil.
Digər ölkələr
29 Noyabr , 2023 01:10
Litva Rusiya ilə sərhəddəki keçid məntəqəsini bağlamaqdan imtina edib

Litva hazırda Rusiya Federasiyası ilə sərhəd keçidlərini bağlamaqda Finlandiyadan nümunə götürmək niyyətində deyil.

“Report” xəbər verir ki, bunu Baltikyanı respublikanın daxili işlər naziri Aqne Bilotayte deyib.

“Sərhədimizdə hər şey sakitdir, ona görə də keçid məntəqələrinin bağlanmasına hələ ehtiyac görmürük”, - deyə o bildirib.

Nazir həmçinin qeyd edib ki, sərhəddəki vəziyyətlə bağlı region ölkələri səviyyəsində operativ məlumat mübadiləsi aparılır: “Biz daimi əlaqə saxlayırıq və real vaxt rejimində vəziyyət haqqında məlumat paylaşırıq”.

Son xəbərlər

Orphus sistemi