Litva Prezidenti: "Vaqner" ölkəmizlə sərhəddə təxribat törədə bilər"

Litva Prezidenti: "Vaqner" ölkəmizlə sərhəddə təxribat törədə bilər" ““Vaqner” Xüsusi Hərbi Şirkəti ölkəmizlə sərhəddə təxribat törədə bilər. Onlar bizim üçün ciddi təhdiddir”.
Digər ölkələr
31 İyul , 2023 16:14
Litva Prezidenti: Vaqner ölkəmizlə sərhəddə təxribat törədə bilər

“Vaqner” Xüsusi Hərbi Şirkəti ölkəmizlə sərhəddə təxribat törədə bilər. Onlar bizim üçün ciddi təhdiddir”.

“Report” xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda xarici KİV-ə müsahibəsində deyib.

O bildirib ki, belə bir təhlükəni istisna etmək olmaz: “Litva, Polşa və Latviyaya qarşı təxribatlar mümkündür. “Vaqner”in Afrikaya gedəcəyinə dair məlumatların olmasına baxmayaraq, bu ssenari də mümkündür. Ona görə təhlükə ciddidir”.

G.Nausedanın sözlərinə görə, “Vaqner”in silahlı qiyamından sonra Litva əlavə təhlükəsizlik tədbirləri görüb: “Ona görə də vəziyyət hazırda nəzarət altındadır. Lazım gəlsə, Litva ordusu sərhədçilərin köməyinə gələcək. Bunun üçün heç bir maneə yoxdur”.

Qeyd edək ki, son günlər “Vaqner”çilərin kütləvi surətdə Belarusa hərəkəti müşahidə olunur.

Son xəbərlər

Orphus sistemi