Litva miqrantlara ölkəni tərk etmələri üçün pul ödəyəcək

Litva miqrantlara ölkəni tərk etmələri üçün pul ödəyəcək Litvanın Daxili İşlər Nazirliyi Belarusdan ölkəyə keçmiş miqrantların vətənlərinə qayıtması üçün qiymətləri açıqlayıb.
Digər ölkələr
11 Dekabr , 2021 04:53
Litva miqrantlara ölkəni tərk etmələri üçün pul ödəyəcək

Litvanın Daxili İşlər Nazirliyi Belarusdan ölkəyə keçmiş miqrantların vətənlərinə qayıtması üçün qiymətləri açıqlayıb.

“Report” “Al Arabia”ya istinadən xəbər verir ki, ölkəsinə könüllü olaraq qayıtmağa qərar verən hər miqrant 1 000 avro və evinə pulsuz bilet alacaq.

"Ümid edirik ki, bu məbləğ Litvanı könüllü olaraq tərk etmək istəyənlərin sayını artıracaq", - nazirliyin məlumatında deyilir.

Hazırda Litvada olan 3 272 miqrantdan yalnız 54-ü qaçqın statusu ilə təmin edilib.

Bundan əvvəl Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Polşadakı miqrantların Belarusa geri göndərilə bilməyəcəyi barədə qərar çıxarmışdı.

Son xəbərlər

Orphus sistemi