Lex Kaçinskinin qalıqları torpağa tapşırılıb

Lex Kaçinskinin qalıqları torpağa tapşırılıb Sabiq Polşa prezidentinin cəsədi istintaq ehtiyacları üçün ekshumasiya olunub
Digər ölkələr
19 Noyabr , 2016 00:12
Lex Kaçinskinin qalıqları torpağa tapşırılıb

Bakı. 19 noyabr. REPORT.AZ/ Rusiyanın Smolensk vilayəti üzərində aviaqəza nəticəsində həlak olan mərhum Polşa prezidenti Lex Kaçinski və həyat yoldaşı Mariyanın üç gün əvvəl istintaq ehtiyacları üçün ekshumasiya olunmuş qalıqları cümə günü Krakovda torpağa tapşırılıb.

"Report" xəbər verir ki, mərasim qapalı keçib və orada mərhumun yaxınları ilə yanaşı Polşa prezidenti Anjey Duda da iştirak edib.

Qeyri-rəsmi məlumata görə, ekspertlər Kaçinskinin qalıqlarından 40 müxtəlif analiz və nümunələr götürüblər və müəyyən ediblər ki, prezidentin ölümünə daxili orqanların ciddi çoxsaylı xəsarətləri, sınmış sümüklər və başından aldığı ağır xəsarətlər səbəb olub.

Polşa prezidenti Lex Kaçinskinin rəhbərlik etdiyi nümayəndə heyəti 10 aprel 2010-cu il tarixində Katın şəhərinə uçarkən, Smolensk üzərində qəzaya uğrayıb.

Son xəbərlər

Orphus sistemi