Lənkəranda qəza: "Lada" yük maşını ilə toqquşub

Lənkəranda qəza: "Lada" yük maşını ilə toqquşub Minik maşınının sürücüsünün vəziyyəti orta ağır olaraq qalır
Digər ölkələr
7 İyun , 2015 02:58
Lənkəranda qəza: Lada yük maşını ilə toqquşub

Bakı. 7 İyun. REPORT.AZ/ Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisində Şilavar kəndindən keçən yol qəza hadisəsi baş verib.

"Report" xəbər verir ki, 24 yaşlı Elvin Sadıqovun idarə etdiyi Lada 21-015 markalı 99 CT 825 dövlət qeydiyyat nişanlı avtomaşın Şadman markalı 90 RX 464 nömrəli yük avtomaşını ilə toqquşub.

Sol qol qamış sümüyünün açıq yerdəyişmiş qəlpəli sınığı ilə xəstəxanaya daxil olan Elvin Sadıqov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır. Hadisənin səbəbi ekspertizanın nəticəsi əsasında müəyyənləşdiriləcək.

Son xəbərlər

Orphus sistemi