Lavrov: "Yeni sanksiyalar Rusiya-ABŞ münasibətlərini poza bilər"

Lavrov: "Yeni sanksiyalar Rusiya-ABŞ münasibətlərini poza bilər" Nazir bunu Barak Obmanın imzaladığı qanunu şərh edərkən deyib
Digər ölkələr
19 Dekabr , 2014 13:41
Lavrov: Yeni sanksiyalar Rusiya-ABŞ münasibətlərini poza bilər

Bakı. 19 dekabr. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Barak Obamanın "Ukraynada azadlığa dəstək" haqqında imzaladığı qanuna münasibət bildirib.

"Report" "BBC"yə istinadən xəbər verir ki, rusiyalı diplomatın sözlərinə görə, Rusiyanın yeni sanksiyalarla hədələnməsi Moskva ilə Vaşinqton arasındakı qarşılıqlı münasibətlərin uzun müddətə pozulmasına səbəb ola bilər.

Xatırladaq ki, Barak Obamanın imzaladığı bu qanunda Ukraynaya yardımla yanaşı, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi