Yuxarı

Lavrov: Suriya danışıqlarında terror qrupları siyahısına dair razılıq əldə edilməlidir

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib

Bakı. 11 noyabr. REPORT.AZ/ Rəsmi Moskva Suriya ilə danışıqların növbəti raundu zamanı bu ölkədə fəaliyyət göstərən terrorçu qrupların siyahısına dair razılığın əldə edilməsini istəyir.

Soçidə danışan Rusiya xarici işlər naziri Sergey Lavrov Suriyada "bu və ya başqa silahlı qrupun orientasiyasına dair şübhələri dağıtmaq" üçün belə bir siyahının zəruri olduğunu bildirib.

"TASS" agentliyinin məlumatına görə, Lavrov deyib ki, məsələyə tam aydınlıq gətirilməyənə qədər irəli addımlamaq mümkün olmayacaq.

Suriyaya dair danışıqların ikinci turu şənbə günü Vyanada keçirilməlidir. Danışıqların birinci raundu 17 ölkənin diplomatları, BMT və Avropa İttifaqının nümayəndələrinin iştirakı ilə Vyanada oktyabrın 30-da keçirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi