Lavrov ABŞ-ı başqa ölkələrin daxili işlərinə qarışmamağa çağırıb

Lavrov ABŞ-ı başqa ölkələrin daxili işlərinə qarışmamağa çağırıb Bakı. 29 sentyabr. REPORT.AZ/ Birləşmiş Ştatlar ölkələrin suverenliyini tanımalı və onların daxili işlərinə qarışmamalıdır.
Digər ölkələr
29 Sentyabr , 2018 04:59
Lavrov ABŞ-ı başqa ölkələrin daxili işlərinə qarışmamağa çağırıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ "Birləşmiş Ştatlar ölkələrin suverenliyini tanımalı və onların daxili işlərinə qarışmamalıdır".

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerika lideri Donald Trampın BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışını şərh edərkən deyib.

Tramp çıxışı zamanı bildirib ki, "ABŞ kimə necə yaşamalı olduğunu söyləməyəcək və onun üçün dua etməyəcək". O həmçiinn digər ölkələrdən Amerikanın suverenliyinə hörmətlə yanaşmağı xahiş edib.

Lavrov bildirib ki, "Birləşmiş Ştatlar liderinin səylərini dəstəkləyir, lakin digər tərəfdən, əgər Vaşinqton suverenliyə başlıca prinsip kimi sadiqdirsə, o zaman digər dövlətlərin daxili işlərinə müdaxilə etməməlidir".

Son xəbərlər

Orphus sistemi