Latviyada təyyarə qəzaya uğrayıb, ölən və xəsarət alan var

Latviyada təyyarə qəzaya uğrayıb, ölən və xəsarət alan var Latviyada özəl təyyarənin qəzaya uğraması nəticəsində pilot həlak olub, sərnişin isə müxtəlif xəsarətlər alıb.
Digər ölkələr
8 Avqust , 2021 18:36
Latviyada təyyarə qəzaya uğrayıb, ölən və xəsarət alan var

Latviyada özəl təyyarənin qəzaya uğraması nəticəsində pilot həlak olub, sərnişin isə müxtəlif xəsarətlər alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Polisi bildirib.

"Bu gün saat 13:30 radələrində Dövlət Polisi Sessisk əyalətində, Priekulsk aerodromunda təyyarənin qəzaya uğraması barədə informasiya alıb. Hadisə yerində Dölət Polisi işləyir və qəzanın başvermə şəraitini müəyyənləşdirir.

Qəza nəticəsində təyyarənin sərnişini zərər çəkib, o tibb müəssisəsinə çatdırılıb, amma pilot həlak olub”, - Dövlət Polisinin tvitterdəki xəbərində deyilir.

Son xəbərlər

Orphus sistemi