Latviyada avtobusun aşması nəticəsində 20 uşaq xəsarət alıb

Latviyada avtobusun aşması nəticəsində 20 uşaq xəsarət alıb Hadisə Tallin şosesində baş verib
Digər ölkələr
7 Noyabr , 2016 01:39
Latviyada avtobusun aşması nəticəsində 20 uşaq xəsarət alıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Latviyada yol qəzası baş verib.

"Report"un "BNS" agentliyinə istinadən məlumatına görə, hadisə Tallin şosesində baş verib.

Məlumatda bildirilir ki, salonunda 22 uşağın olduğu avtobus yoldan çıxaraq aşıb.

Nəticədə 20 uşaq xəsarət alıb.

"Qəzaya səbəb qarşıdan gələn avtomobilin avtobusun yoluna çıxması olub. Avtobusun sürücüsü nəqliyyat vasitələrinin toqquşmasından qaçmaq istəyib" – deyə mənbə agentliyə bildirib.

Hadisə yerinə polis, həkimlər və Dövlət Yanğın Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.

Yaralananlar arasında ağır xəsarət alan yoxdur. Uşaqlar Riqa xəstəxanalara aparılıblar.

Son xəbərlər

Orphus sistemi