Las-Veqasda faciə törədən Stiven Peddokun rəfiqəsi ilk dəfə açıqlama verib

Las-Veqasda faciə törədən Stiven Peddokun rəfiqəsi ilk dəfə açıqlama verib Merilu Denlinin sözlərinə görə, Peddok mehriban, qayğıkeş və sakit bir insan olub
Digər ölkələr
5 Oktyabr , 2017 10:15
Las-Veqasda faciə törədən Stiven Peddokun rəfiqəsi ilk dəfə açıqlama verib
Las Vegas Metropolitan Police Department / AP

Bakı. 5 oktyabr. REPORT.AZ/ Amerikalı Stiven Peddokun 62 yaşlı rəfiqəsi Merilu Denli onun planları barədə heç nə bilmədiyini açıqlayıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə M.Denlinin vəkilinin yaydığı ifadə mətnində deyilir.

"O, heç vaxt mənə belə dəhşətli şey olacağına ehyam vurmayıb, heç bir işarə də verməyib", - mətndə yazılıb.

M.Denlinin sözlərinə görə, Peddok mehriban, qayğıkeş və sakit bir insan olub.

Xatırladaq ki, oktybarın 2-nə keçən gecə 64 yaşlı amerikalı Stiven Peddok Las-Veqasda musiqi festivalına toplaşanları mehmanxanadakı nömrəsinin eyvanından atəşə tutub. Hadisə nəticəsində 59 nəfər həlak olub, 527 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi