Yuxarı

Larnaka məhkəməsi "EgyptAir" təyyarəsini qaçırmış şəxsi səkkiz günlüyə həbs edib

Seyf ad-Din Mustafa quldurluqda, qanunsuz partlayıcı maddə saxlamaqda, adam oğurluğunda ittiham olunur

Bakı. 30 mart. REPORT.AZ/ Kiprin Larnaka şəhər məhkəməsi polisin işini asanlaşdırmaq üçün "EgyptAir" təyyarəsini qaçırmış 59 yaşlı Misir vətəndaşı Seyf ad-Din Mustafanı şəxsi səkkiz günlüyə həbs edib.

"Report" "Kipr" xəbər agentliyinə istinadən xəbər verir ki, Mustafa quldurluqda, qanunsuz şəkildə partlayıcı maddə saxlamaqda, qanunsuz şəkildə insan hüquqlarını pozmaqla adam oğurluğunda, düşünülməmiş və səhlənkar hərəkətlər etməkdə və terrorizmə qarşı mübarizə haqqında qanunvericiliyi pozan cinayətdə ittiham olunur.

Xatırladaq ki, İsgəndəriyyədən Qahirəyə uçuş həyata keçirən "EgyptAir" aviaşirkətinin sərnişin təyyarəsi dünən qaçırılmış və Kiprdə yerə enmişdi. Sonda misirli təyyarə qaçıran günün ikinci yarısında sərnişinlərin hamısını azad etmiş, özü isə pilot kabinəsinin pəncərəsindən düşərək xüsusi təyinatlılara təslim olmuşdu.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi