KXDR Yapon dənizinə doğru naməlum mərmi atıb

KXDR Yapon dənizinə doğru naməlum mərmi atıb Şimali Koreya Yapon dənizinə doğru naməlum mərmi atıb.
Digər ölkələr
27 Yanvar , 2022 03:47
KXDR Yapon dənizinə doğru naməlum mərmi atıb

Şimali Koreya Yapon dənizinə doğru naməlum mərmi atıb.

“Report”un məlumatına görə, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi xəbər verib.

“Şimali Koreya Şərqə (Yapon dənizi- red.) doğru naməlum mərmi atıb”, - agentlik bildirib.

Qeyd edək ki, Şimali Koreya bu il artıq beş silah sınağı keçirib: Belə ki, KXDR 5 və 11 yanvarda hipersəs iddia etdiyi raketlərini sınaqdan keçirib, yanvarın 14-də dəmir yolu raket sistemindən iki qısa mənzilli ballistik raket buraxılıb, ölkə hərbçiləri yanvarın 17-də iki qısa mənzilli taktiki idarə olunan raketi sınaqdan keçiriblər. Yanvarın 25-də “Renxap” KXDR-in Yaponiya dənizinə doğru naməlum modeldə iki qanadlı raket atdığını xəbər verib.

Son xəbərlər

Orphus sistemi