KXDR: Sülhə doğru yolda bizə əngəl yaradacaq bütün qüvvələr məhv ediləcək

KXDR: Sülhə doğru yolda bizə əngəl yaradacaq bütün qüvvələr məhv ediləcək An Don Çxun: "Bu yolda bizə maneçilik törədən bütün düşmənləri məhv etməyə hazırıq"
Digər ölkələr
14 Oktyabr , 2017 23:57
KXDR: Sülhə doğru yolda bizə əngəl yaradacaq bütün qüvvələr məhv ediləcək

Bakı. 14 oktyabr. REPORT.AZ/ Şimali Koreya ölkənin dinc həyat sürməsi yolunda ona əngəl yaradacaq bütün düşmənləri məhv etməyə hazırdır.

“Report” RİA “Novosti”-yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Parlamentlərarası Birliyin assambleyası çərçivəsində Şimali Koreya nümayəndə heyətinin başçısı, ölkə parlamentinin vitse-spikeri An Don Çxun deyib.

“Bizim ölkə istəyir ki, dinc gələcəyimiz olsun. Bu səbəbdən, bu yolda bizə maneçilik törədən bütün düşmənləri məhv etməyə hazırıq", - deyə o əlavə edib.

Şimali Koreya nümayəndəsi digər suallara cavab verməkdən imtina edib. O, Sankt-Peterburqa şəhəri seyr etməyə və şəkillər çəkməyə gəldiyini deyib. 

Son xəbərlər

Orphus sistemi