Bakı. 21 aprel. REPORT.AZ/ Şimali Koreya nüvə təhdidi və ya təxribatı olmadığı təqdirdə heç vaxt nüvə silahlarından istifadə etməyəcək.
“Report” xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi ölkənin Əmək Partiyası Mərkəzi Komitəsinin plenumunda qəbul olunan qərara istinadən məlumat yayıb.
"Biz ölkəmizə qarşı nüvə təhlükəsi və təxribatı olmayacağı təqdirdə heç vaxt nüvə silahından istifadə etməyəcəyik, istənilən halda biz nüvə silahı və texnologiyalarını (digər ölkələrə, - REPORT.) verməyəcəyik", — deyə məlumatda bildirilir.