KXDR Kim Çen Inın ABŞ-la nüvə silahının ləğvini müzakirə etməyə hazır olduğunu bildirib

KXDR Kim Çen Inın ABŞ-la nüvə silahının ləğvini müzakirə etməyə hazır olduğunu bildirib Bakı. 9 aprel. REPORT.AZ/ KXDR nümayəndələri ABŞ-a Şimali Koreya lideri Kim Çen Inın Koreya yarımadasında nüvə silahının ləğvini müzakirə etməyə hazır olduğunu bildiriblər.
Digər ölkələr
9 Aprel , 2018 01:24
KXDR Kim Çen Inın ABŞ-la nüvə silahının ləğvini müzakirə etməyə hazır olduğunu bildirib
Foto: TASS

Bakı. 9 aprel. REPORT.AZ/ KXDR nümayəndələri ABŞ-a Şimali Koreya lideri Kim Çen Inın Koreya yarımadasında nüvə silahının ləğvini müzakirə etməyə hazır olduğunu bildiriblər.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" ABŞ prezidenti Donald Tramp administrasiyasının adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.

"ABŞ Kim Çen Inın Koreya adasının denuklearizasiyasının müzakirə edilməsinə hazır olmasını təsdiqlənmə məlumatı alıb", - deyə amerikalı məmur bildirib.

Qeyd edilir ki, amerikalı məmurlar belə təminatı nə vaxt və hansı şəraitdə aldıqlarını deməyiblər. Lakin KXDR və ABŞ nümayəndələri əlaqə saxlayıblar. 

Son xəbərlər

Orphus sistemi