KXDR-in keçmiş müdafiə naziri vəfat edib

KXDR-in keçmiş müdafiə naziri vəfat edib Bakı. 17 avqust. REPORT.AZ/ Şimali Koreyanın keçmiş müdafiə naziri, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin üzvü Kim Yon Çxun 82 yaşında vəfat edib.
Digər ölkələr
17 Avqust , 2018 07:28
KXDR-in keçmiş müdafiə naziri vəfat edib

Bakı. 17 avqust. REPORT.AZ/ Şimali Koreyanın keçmiş müdafiə naziri, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin üzvü Kim Yon Çxun 82 yaşında vəfat edib.

“Report” xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Bildirilir ki, o, KXDR silahlı qüvvələrinin inkişafına böyük töhfələr verib.

Kim Yonn Çxun müxtəlif dövrlərdə həmçinin parlament deputatı, Koreya ordusunun marşalı və Şimali Koreya Müdafiə Nazirliyinin müşaviri olub.

O, ölkənin müdafiə naziri postunu 2009-2012-ci illərdə tutub.

Son xəbərlər

Orphus sistemi