Koreya Xalq Demokratik Respublikası (KXDR) çərşənbə günü hipersəs raketini sınaqdan keçirib.
“Report” xəbər verir ki, bu barədə cümə axşamı Koreyanın Mərkəzi Teleqraf Agentliyinə (CTAC) istinadən
Məlumata görə, raket buraxılışdan sonra 700 km məsafədəki hədəfi dəqiqliklə vurub.
“Yonhap” agentliyi daha əvvəl Koreya Respublikasının Baş Qərargah Rəisləri Komitəsinin məlumatlarına istinad edərək, çərşənbə günü KXDR-in yerüstü qurğudan Yapon dənizinə doğru ballistik raket atdığını bildirib.
Yaponiya Sahil Mühafizəsinin məlumatına görə, raket Yapon dənizinə düşüb. NHK telekanalı isə bildirib ki, raketin düşdüyü yer Yaponiyanın xüsusi iqtisadi zonasından kənardadır.
KXDR sonuncu dəfə 2021-ci ilin oktyabrında raket sınaqları keçirib. Sonra o, sualtı qayıqların yeni ballistik raketlərini işə salıb.