Yuxarı
    Bağlamaq

    KXDR-də Fidel Kastronun ölümü ilə bağlı 3 günlük matəm elan olunub

    Ölkənin mərkəzi idarələrində və digər yerlərdə matəm bayraqları qaldırılacaq

    Bakı. 28 noyabr. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikasında (KXDR) Kuba lideri Fidel Kastronun ölümü ilə bağlı 3 günlük matəm elan olunub.

    "Report" xəbər verir ki, bu barədə Şimali Koreyanın "Nodon Sinmun" qəzeti məlumat yayıb. 

    KXDR-in Əmək Partiyası, Ali Xalq Məcslinin və Nazirlər Kabinetinin qərarına əsasən noyabrın 28-dən 30-dək ölkənin mərkəzi idarələrində və digər yerlərdə matəm bayraqları qaldırılacaq. Şimali Koreyanın lideri Kim Çen In bazar günü Kubaya başsağlığı məktubu göndərib. 

    Kuba lideri Fidel Kastro cümə günü 90 yaşında vəfat edib. Onun dəfni mərasimi dekabrın 4-də Santyaqo-de Kubada keçiriləcək.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi