Şimali Koreyada ABŞ əleyhinə mitinq keçirilib

Şimali Koreyada ABŞ əleyhinə mitinq keçirilib Aksiyaçılar həlledici qələbəni əldə edəcəklərinə and içiblər
Digər ölkələr
24 Sentyabr , 2017 08:46
Şimali Koreyada ABŞ əleyhinə mitinq keçirilib

Bakı. 24 sentyabr. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikasının (KXDR) paytaxtı Pxenyanda ABŞ əleyhinə mitinq keçirilib.

"Report"un məlumatına görə, bu barədə KXDR-in mərkəzi dövlət agentliyi xəbər verib.

Bildirilir ki, rəyasət heyətinin, nazirlər kabinetinin, nazirliklərin və dövlət orqanlarının nümayəndələri həlledici qələbəni əldə edəcəklərinə and içiblər.

Bundan sonra mitinqdə Şimali Koreyanın nazirləri çıxış edib.

Daha əvvəl məlum olub ki, ABŞ prezidenti Donald Tramp KXDR-in BMT Baş Assambleyasının iclasındakı təhdidlərini cavablandırarkən Şimali Koreya lideri Kim Çen Inı yenidən "Raket adam" adlandırıb.

Son xəbərlər

Orphus sistemi