KXDR ballistik raketləri işə salmasına aydınlıq gətirib

KXDR ballistik raketləri işə salmasına aydınlıq gətirib Koreya Xalq Demokratik Respublikasında ballistik raketlərin işə salınması dəmir yolu raket kompleksinin sınağı idi.
Digər ölkələr
16 Sentyabr , 2021 02:28
KXDR ballistik raketləri işə salmasına aydınlıq gətirib

Koreya Xalq Demokratik Respublikasının ballistik raketləri işə salması dəmir yolu raket kompleksinin sınağı idi.

“Report” xəbər verir ki, bu barədə Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi xəbər verib.

"Sınaq iş üçün ilk dəfə istifadəyə verilən dəmir yolu mobil raket kompleksinin praktiki tətbiqinin təsdiq edilməsinə yönəlmişdi", - agentliyin xəbərində deyilir.

Qeyd edilir ki, sınaq sentyabrın 15-də səhər saatlarında keçirilib, raketlər 800 kilometr uçub.

Koreya Xalq Demokratik Respublikası Pxyonan-Namdo əyalətinin Yandok rayonundan Yapon dənizinə tərəf iki ballistik raketi işə salıb. KXDR lideri Kim Çen In sınaqlarda iştirak etməyib.

Bundan əvvəl – sentyabrın 11 və 12-də Şimali Koreya uzaq mənzilli qanadlı raketləri sınaqdan keçirib. Cənubi Koreya prezidenti Mun Çje İn raket sınaqlarını təxribat adlandırıb. Bu, Koreya Xalq Demokratik Respublikası tərəfindən tənqidə səbəb olub.

Son xəbərlər

Orphus sistemi