KXDR Birləşmiş Ştatlarla əlaqələrin bərpası üçün şərtlər irəli sürdü

KXDR Birləşmiş Ştatlarla əlaqələrin bərpası üçün şərtlər irəli sürdü KXDR bildirib ki, rəsmi Vaşinqton Pxenyan barəsində düşmənçilik siyasətindən imtina etməyincə KXDR ABŞ prezidenti Cozef Bayden administrasiyası ilə əlaqə yaratmayacaq
Digər ölkələr
18 Mart , 2021 06:49
KXDR Birləşmiş Ştatlarla əlaqələrin bərpası üçün şərtlər irəli sürdü

Koreya Xalq Demokratik Respublikası (KXDR) hakimiyyəti bildirib ki, rəsmi Vaşinqton Pxenyan barəsində düşmənçilik siyasətindən imtina etməyincə KXDR ABŞ prezidenti Cozef Bayden administrasiyası ilə əlaqə yaratmayacaq.

“Report”un məlumatına görə, bu barədə "Renxap" agentliyi bildirib.

"Koreya Xalq Demokratik Respublikası bəyan edir ki, hələ ki, onlar düşmənçilik siyasətindən imtina etməyincə ABŞ-la əlaqələrə getməyəcək", - xəbərdə deyilir.

Bundan başqa, Koreya Xalq Demokratik Respublikası tərəflərə bərabər şərtlər təmin edilməyincə danışıqlar aparmaqdan da imtina edir.

Daha əvvəl ABŞ Dövlət Departamentinin nümayəndəsi Calina Porter bildirib ki, ABŞ bir neçə kanal üzrə Koreya Xalq Demokratik Respublikası ilə əlaqə saxlaya bilməyib. Porterin sözlərinə görə, Vaşinqton "eskalasiyadan qaçmaq üçün" Pxenyanla əlaqə yaratmağa çalışıb.

Eyni zamanda “Reuters” agentliyi də bildirib ki, ABŞ hakimiyyəti fevralın ortalarından "müxtəlif kanallar üzrə" cəhdlərlə Koreya Xalq Demokratik Respublikasının (KXDR) nümayəndələri ilə əlaqə saxlamağa təşəbbüs göstərib.

Son xəbərlər

Orphus sistemi