KXDR ABŞ-ın istənilən hərbi əməliyyatına “ən sərt şəkildə cavab” verəcəyini vəd edib

KXDR ABŞ-ın istənilən hərbi əməliyyatına “ən sərt şəkildə cavab” verəcəyini vəd edib Şimali Koreya Xarici İşlər Nazirliyi əmin edib ki, KXDR Amerika Birləşmiş Ştatlarının istənilən hərbi əməliyyatına “ən sərt cavabı” verəcək.
Digər ölkələr
2 Fevral , 2023 07:36
KXDR ABŞ-ın istənilən hərbi əməliyyatına “ən sərt şəkildə cavab” verəcəyini vəd edib

Şimali Koreya Xarici İşlər Nazirliyi əmin edib ki, KXDR Amerika Birləşmiş Ştatlarının istənilən hərbi əməliyyatına “ən sərt cavabı” verəcək.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

KXDR Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, Koreya yarımadasında və regionda hərbi-siyasi vəziyyət ABŞ-a görə “qırmızı xətt”ə çatıb.

Şimali Koreya “nüvə bombasınə qarşı nüvə bombası” prinsipi ilə fəaliyyət göstərəcək”, - Xarici İşlər Nazirliyi bildirib.

Həmçinin qeyd olunur ki, KXDR-in ABŞ və onun müttəfiqlərinə qarşı dəqiq strategiyası var. Xarici İşlər Nazirliyində qeyd edilib ki, Vaşinqton düşmənçilik siyasətini davam etdirdiyi müddətdə dialoqdan söhbət gedə bilməz.

Son xəbərlər

Orphus sistemi