Küveytdə koronavirusa yoluxanların sayı 60 mini ötdü

Küveytdə koronavirusa yoluxanların sayı 60 mini ötdü ​​​​​​​Qeyd edək ki, Küveytin əhalisi 4 588 148 nəfərdir.
Digər ölkələr
21 İyul , 2020 16:53
Küveytdə koronavirusa yoluxanların sayı 60 mini ötdü

Küveytdə son sutkada 671 nəfər koronavirusa yoluxub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Küveytin Səhiyyə Nazirliyi yayıb.

Ölkədə COVID-19-a yoluxanların ümumi sayı 60 434 nəfər olub. 412 nəfər virusdan ölüb. Sağalanların sayı isə 50 919 nəfərdir.

Küveytdə karantin rejimindən adi həyata qayıtmaq prosesi hər biri üç həftə sürməklə 5 mərhələdən ibarət olacaq. Məhdudiyyətlərin aradan qaldırılması prosesi mayın 31-də başlayıb.

Qeyd edək ki, Küveytin əhalisi 4 588 148 nəfərdir.

Son xəbərlər

Orphus sistemi