Küveytdə vergilər tətbiq edilə bilər

Küveytdə vergilər tətbiq edilə bilər Küveytin maliyyə naziri fiziki şəxslərin gəlirləri, mənfəət və satış üzrə vergi tətbiqini təklif edib
Digər ölkələr
21 Yanvar , 2016 19:43
Küveytdə vergilər tətbiq edilə bilər

Bakı. 21 yanvar. REPORT.AZ/ "Küveyt ölkədə vergilərin tətbiq olunması variantını nəzərdən keçirəcək". "Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bunu Küveytin maliyyə naziri Anas əs-Saleh deyib.

Nazir fiziki şəxslərin gəlirləri, mənfəət və satış üzrə vergi tətbiqini təklif edib.

Xatırladaq ki, dünyanın ən böyük neft hasil edən ölkələrdən biri olan əmirliyin vətəndaşları hazırda vergi ödəmir. Ölkə büdcəsi əsasən neft ixracı sayəsində formalaşır.

Qeyd edək ki, neftin qiymətinin aşağı düşməsi nəticəsində ötən ilin ilk 11 ayında Küveytin neft ticarətindən əldə etdiyi gəlirlər 45% azalıb.

Son xəbərlər

Orphus sistemi