Küveytdə İŞİD-lə əlaqəsi olan 6 nəfər saxlanılıb

Küveytdə İŞİD-lə əlaqəsi olan 6 nəfər saxlanılıb Daxili İşlər Nazirliyi xüsusi antiterror əməliyyatı ilə ölkədə terror aktları törətməyi planlaşdırmış şəxsləri həbs edib
Digər ölkələr
4 İyul , 2016 04:56
Küveytdə İŞİD-lə əlaqəsi olan 6 nəfər saxlanılıb

Bakı. 4 iyul. REPORT.AZ/ Küveyt polisi İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 6 nəfəri həbs edib. "Report"un məlumatına görə, bu haqda ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Yerli mətbuatın yaydığı məlumata görə isə, Küveytin Daxili İşlər Nazirliyi xüsusi antiterror əməliyyatı ilə ölkədə terror aktları törətməyi planlaşdırmış şəxsləri həbs edib. Polisin verdiyi məlumata görə, həbs edilənlər İŞİD-ə sədaqət andı içərək terror hücumları həyata keçirməyi planlaşdırıblar. 

Yerli "KUNA" agentliyinin yaydığı xəbərə görə, polisin keçirdiyi ikinci reydi zamanı daha 3 şübhəli şəxs - bir kişi, oğlu və anası saxlanılıb. Həmin şəxslər terror qruplaşmalarına dəstək verdiklərini etiraf ediblər.   

Son xəbərlər

Orphus sistemi