Küveyt hökuməti son bir ildə 2-ci dəfə istefaya gedib

Küveyt hökuməti son bir ildə 2-ci dəfə istefaya gedib Küveytin baş naziri Şeyx Sabah Xalid Əl-Hamad Əl-Sabahın rəhbərlik etdiyi hökumət tam tərkibdə istefa verib.
Digər ölkələr
9 Noyabr , 2021 08:58
Küveyt hökuməti son bir ildə 2-ci dəfə istefaya gedib

Küveytin baş naziri Şeyx Sabah Xalid Əl-Hamad Əl-Sabahın rəhbərlik etdiyi hökumət tam tərkibdə istefa verib.

“Report”un “Anadolu”ya istinadən məlumatına görə, bu barədə Küveytin “El-Kabes” qəzeti ərəb ölkəsinin Nazirlər Kabinetindəki mənbələrə istinadən xəbər yayıb.

Artıq istefa barədə qərar Küveyt əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Caber əs-Sabaha təqdim edilib.

Nazirlər Kabinetinin qərarının rəsmi səbəbi açıqlanmır.

Qeyd edək ki, Küveytdə parlament seçkiləri 2020-ci ilin noyabrında keçirilib.

Yeni Nazirlər Kabineti 2020-ci il dekabrın 14-də formalaşıb, lakin bir aydan da az müddət sonra, 2021-ci il yanvarın 12-də Sabah Xalidin başçılıq etdiyi hökumət istefa verib.

Ölkənin rəsmi xəbər agentliyi KUNA hələ yanvarda Nazirlər Kabinetinin üzvlərinin "parlamentlə hökumət arasındakı proseslər fonunda" və milli maraqlara uyğun olaraq istefaya getdiyini bildirib.

Yanvarın 24-də Küveyt əmiri yeni hökumətin qurulmasını Sabah Xalidə tapşırıb.

Baş nazir Xalidin rəhbərlik etdiyi 15 nazirlik hökumət mart ayında and içib.

Son xəbərlər

Orphus sistemi