Küveyt hökumətinin sözçüsü Tariq əl-Muzrik ölkə əmiri Sabah əl-Əhməd əl Cabir əs-Sabahın ölüm xəbərini təkzib edib.
“Report” “Sabah”a istinadən xəbər verir ki, əmirin müalicəsi davam edir.
Qeyd edək ki, dünyanın aparıcı xəbər agentlikləri Küveyt əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın ölümü barədə məlumat yaymışdı. Xatırladaq ki, bu il iyulun 23-də əmir cərahiyyə əməliyyatı keçirib.
Küveyt əmiri Sabah əl-Əhməd əl Cabir əs-Sabah 91 yaşında vəfat edib.
“Report” xəbər verir ki, məlumatı “aHaber” yayıb.
Şeyx Sabah əl-Ahmed əl-Cabir əs-Sabah 1929-cu il iyunun 16-da Küveytdə anadan olub. 2006-cı il yanvarın 29-da Küveyt parlamenti tərəfindən əmir vəzifəsinə təsdiqlənib. O, Şeyx Əhməd əl-Cabir əl-Sabahın dördüncü oğlu və Əl-Sabah ailəsinin başçısı idi.