Kuril adaları sahillərində 4,2 bal gücündə zəlzələ baş verib

Kuril adaları sahillərində 4,2 bal gücündə zəlzələ baş verib Seysmoloqlar Rusiyanın Kuril adaları sahillərində 4,2 bal gücündə zəlzələnin baş verdiyini qeydə alıblar.
Digər ölkələr
28 Sentyabr , 2019 08:25
Kuril adaları sahillərində 4,2 bal gücündə zəlzələ baş verib

Seysmoloqlar Rusiyanın Kuril adaları sahillərində 4,2 bal gücündə zəlzələnin baş verdiyini qeydə alıblar.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Kunaşir adasından 103 kilometr cənub-şərqdə, ocağı isə 16 kilometr dərinlikdə yerləşib.

Cənub-Kuril və Kunaşir adasının sakinləri zəlzələni 2 bal gücündə hiss ediblər.

Bundan əvvəl Baykal gölü akvatoriyasında 8 saat fərqi ilə 3,8 və 3,4 bal gücündə zəlzələ baş verib.

Son xəbərlər

Orphus sistemi