​Kürdlər Suriyanın şimalında muxtariyyət yaratdıqlarını elan ediblər

​Kürdlər Suriyanın şimalında muxtariyyət yaratdıqlarını elan ediblər Suriya hökuməti bunun ölkənin ərazi bütövlüyünə qəsd olduğunu bildirib
Digər ölkələr
18 Mart , 2016 05:52
​Kürdlər Suriyanın şimalında muxtariyyət yaratdıqlarını elan ediblər

Bakı. 18 mart. REPORT.AZ/ Rumeylin şəhərində keçirilən qurultaya toplaşan 30-dan çox siyasi partiya Suriyanın şimalında rəsmi olaraq regional federativ administrasiyanın yaradıldığını elan ediblər.

"Report" xəbər verir ki, bu barədə "Firat" informasiya agentliyi məlumat yayıb.

Qurultayda iştirak edənlər arasında ölkənin şimal və şimal-şərqinin nümayəndələri, xüsusilə kürdlər, ərəblər, çərkəzlər, ermənilər və türkmənlər də olub.

Qərbi Kürdistanın nümayəndəsi İdris Naasan qeyd edib ki, kürdlərin separatçı niyyətləri yoxdur, elan olunan federativ region isə Suriyanın tərkibində qalacaq.

Rəsmi Dəməşq bu mövqeni pisləyib və qeyd edib ki, federallaşdırma məsələsi ölkənin ərazi bütövlüyünə qarşı qəsddir.

Türkiyə XİN-i kürdlərin qərarını qanunsuz adlandırıb. Vaşinqton da öz növbəsində kürdlərin qondarma muxtariyyətini tanımaqdan imtina edib.

Son xəbərlər

Orphus sistemi