Kürdlər İŞİD-in nəzarətində olan Suriya şəhərinə yaxınlaşır

Kürdlər İŞİD-in nəzarətində olan Suriya şəhərinə yaxınlaşır Minlərlə suriyalı kürd döyüşçülər şəhərə yaxınlaşdıqca ərazini tərk edib
Digər ölkələr
15 İyun , 2015 07:04
Kürdlər İŞİD-in nəzarətində olan Suriya şəhərinə yaxınlaşır

Bakı. 15 İyun. REPORT.AZ/ Kürd döyüşçülər İslam Dövləti qruplaşmasının Suriya ilə Türkiyə sərhədi yaxınlığında nəzarət etdiyi Tal Abyad şəhərinə yaxınlaşır.

"Report" Amerikanın Səsinə istinadən xəbər verir ki, şəhərə nəzarətin ələ alınması İslam Dövləti qrupunu döyüşçülər və hərbi təchizatla təmin edən yolun bağlanması deməkdir.

Minlərlə suriyalı kürd döyüşçülər şəhərə yaxınlaşdıqca şimal boyu sərhəddə döyüşlərin şiddətlənməsindən ehtiyat edərək ərazini tərk edib.

Kürd döyüşçülər sosial media vasitəsilə sakinlərə müraciət edərək ölkəni tərk etmək deyil, Hasake kimi şəhərlərdə döyüşlərin bitməsini gözləməyi tövsiyə edib.

Çox sayda suruiyalı qaçqın bazar günü Türkiyə əsgərlərinin sərhədi bağlamasından öncə Türkiyəyə keçə bilib.

Son xəbərlər

Orphus sistemi