Kürd silahlıları ​Suriyadakı türkmənləri evlərindən qovur

Kürd silahlıları ​Suriyadakı türkmənləri evlərindən qovur Son iki gündə on minə yaxın türkmən Akçakala sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçməyə məcbur olub
Digər ölkələr
16 İyun , 2015 10:10
Kürd silahlıları ​Suriyadakı türkmənləri evlərindən qovur

Bakı. 16 iyun. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyanın Tel-Abyad bölgəsini bombalayandan sonra 5 min 291 suriyalı Türkiyəyə sığınıb.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb. 

Məlumata görə, qaçqınların 1591-i kişi, 1413-ü qadın, iki min 287-si isə uşaqdır. Xəbərdə bildirilib ki, ötən gün 291 nəfər isə İraqdan keçərək Türkiyəyə sığınıb.

Məlumata əsasən, koalisiya qüvvələrinin bombardmanından sonra Suriyada ərazilərə nəzarəti ələ keçirən kürd silahlıları etnik təmizləmə aparır. Onlar türkmənləri və ərəbləri evlərini tərk etməyə məcbur edirlər. Son iki gündə kürd silahlılarının zülmündən isə Suriyadan on minə yaxın türkmən Akçakala sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçməyə məcbur olub. 

Son xəbərlər

Orphus sistemi