Kuleba: “ABŞ Kiyevə silah tədarükünü artıracağını söz verib”

Digər ölkələr
  • 23 fevral, 2022
  • 22:47
Kuleba: “ABŞ Kiyevə silah tədarükünü artıracağını söz verib”

“ABŞ Ukraynaya müdafiə silahlarının tədarükünü genişləndirəcəyini və Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcəyini vəd edib”.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclasında çıxışından sonra bildirib.

Nazir Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinken və Pentaqon rəhbəri Lloyd Ostin ilə danışıqlar aparıb və ABŞ prezidenti Co Bayden tərəfindən qəbul edilib.

“Hamısı çox aydın üç siqnal verdi. Birincisi, ABŞ nə baş verməsindən, Rusiyanın hansı ssenariyə üstünlük verməsindən asılı olmayaraq, Ukrayna ilə çiyin-çiyinə dayanacaq. İkincisi, ABŞ bizim ölkəmizin müdafiə qabiliyyətimini gücləndirmək üçün Ukraynanı müdafiə silahları ilə təmin etməyə davam edəcək. Üçüncü siqnal ondan ibarət idi ki, ABŞ-ın sanksiyaları davam edəcək, Rusiyaya qarşı daha çox və ağrılı sanksiyalar olacaq. ABŞ-ın Avropadakı və dünyanın digər yerlərindəki müttəfiqləri bu sanksiyaların mümkün qədər təsirli olmasını təmin etmək üçün sıx əlaqədə olacaqlar” - deyə nazir qeyd edib.

Eyni zamanda o, Qərbi Rusiyaya qarşı təcili olaraq yeni genişmiqyaslı məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə çağırıb: “Son tarix indidir. Növbəti sanksiyalar dalğasının vaxtı çatıb. Prezident Baydeni başa düşdüyüm qədər, onun ideyası dalğalar şəklində sanksiyalar tətbiq etməkdir. Və biz bu yanaşmadan istifadə edirik”.