Yuxarı

Kubaya qarşı ticarət embarqosunun ləğvinə dair sənəd ABŞ Konqresinə təqdim olunub

Kubada biznes qurmaq istəyən amerikalılara tətbiq edilən yasağın ləğvi təklif edilir

Bakı. 13 fevral. REPORT.AZ/ ABŞ-da demokrat və respublikaçı senatorlarından ibarət bir qrup qanunverici Kubaya qarşı yarım əsrlik ticarət embarqosunun ləğvinə dair qanun layihəsini Konqresi təqdim edib.

"Report"un Amerikanın Səsinə istinadən məlumatına görə, bu təklif 2 ay əvvəl ABŞ prezidenti Barak Obamanın Kuba ilə əlaqələrin normallaşdırılmasına dair bəyanatından sonra hazırlanıb.

Qanun layihəsində Kubada biznes qurmaq istəyən amerikalılara tətbiq edilən yasağın ləğvi təklif edilir. Sənəddə insan hüquqları və əmlak iddiaları nəzərdə tutulmur.

Kuba ilə əlaqələrin normallaşmasını dəstəkləyən qanunvericilər amerikalıların Kubaya səyahət məhdudiyyətlərinin aradan qaldırılmasına çalışır. Bununla bağlı təklif ötən ay irəli sürülüb.

Qanun layihələrinin Senatda rədd ediləcəyi gözlənilsə də, qanunvericilər ABŞ-Kuba siyasətinin debatlara yol açacağına ümid edir.

Qanun layihəsi respublikaçı senatorlar Ceff Fleyk və Mayk Enzi, habelə demokrat senatorlar Patrik Lihi, Riçard Durbin və Debbi Steybnou tərəfindən irəli sürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi