Kuba seçiciləri yeni Konstitusiyanın qəbulunu dəstəkləyiblər

Kuba seçiciləri yeni Konstitusiyanın qəbulunu dəstəkləyiblər Bakı. 26 fevral. REPORT.AZ/ Kubada 6,81 milyondan çox seçici ( seçicilərin təxminən 73,3%-i) referendumda respublikanın yeni Konstitusiyasının qəbulunun lehinə səs veriblər.
Digər ölkələr
26 Fevral , 2019 03:36
Kuba seçiciləri yeni Konstitusiyanın qəbulunu dəstəkləyiblər

Bakı. 26 fevral. REPORT.AZ/ Kubada 6,81 milyondan çox seçici ( seçicilərin təxminən 73,3%-i) referendumda respublikanın yeni Konstitusiyasının qəbulunun lehinə səs veriblər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Seçki Komissiyasının rəhbəri Alina Balseyro mətbuat konfransında bildirib.

"İlkin məlumatlara görə, yeni Konstitusiyanın qəbuluna 6 milyon 816 min seçici səs verib. Konstitusiyanın əleyhinə isə 706 min nəfər səs verib”, - deyə o bildirib.

O, əlavə edib ki, referendumda seçicilərin 84,4%-i iştirak edib.

Daha əvvəl Kuba Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Raul Kastro Kuba inqilabının 60-cı ildönümü münasibəti ilə tədbirdə ölkənin ABŞ-la hörmətə əsaslanan münasibətlərə hazır olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi